XƏBƏR
17:07

  Avropanın ən çox oyuncaq satan ölkəsi

Gündəm

Xəbər lenti

Çex Respublikası Avropada uşaq oyuncaqlarının ən iri ixracatçılarından biridir.

Agyol.az xəbər verir ki, bunu “UniCredit” bankı tərəfindən aparılan tədqiqatların nəticələri sübut edir. Cari ildə oyuncaq ixracının dəyəri 2 milyard avroya çatıb. Plastik yığma konstruksiyalar, gəlinciklər, miniatür modellər və oyun dəstləri populyar ixracat malları sırasındadır.

Çexiyanın birinci yer tutmasının əsas səbəblərindən biri “Lego” konstruktorlarının istehsalının ölkəyə gətirilməsidir.

“Lego” detal dəstlərinin yığılması və modelinin hazırlanması Çexiya oyuncaqları ixracının 60 faizini təşkil edir.

 




  Yayım tarixi :18 Dekabr 2018   17:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .