XƏBƏR
11:02

  Erməni hüquq müdafiəçisi: Ermənistanda insan hüquqları hələ də pozulur, indiki hakimiyyət əvvəlkilərin səhvini təkrarlayır

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Ermənistanda həmişə olduğu kimi insan hüquqlarının pozulması davam edir.

Agyol.az-ın məlumatına görə, bunu erməni hüquq müdafiəçisi Larisa Alaverdyan deyib.

O bildirib ki, əgər hakimiyyət artıq hüquq atmosferinin dəyişdiyini elan edirsə, o zaman emosional yanaşmalarla çıxış etmək yox, hüquq normalarına riayət etmək lazımdır:

"İndiki hakimiyyət əvvəlki hakimiyyətlərin səhvini təkrarlayır. Hüquqi dövlətin təşəkkülü yollarını tapmaq lazımdır. Maraqlıdır ki, seçkiqabağı təşviqat dövründə heç bir siyasi qüvvə hüquqi dövlətin təşəkkülünün zəruriliyinə toxunmadı".

Hüquq müdafiəçisi qeyd edib ki, son vaxtlarda bir çox hay-küylü həbslər insan hüquqlarının pozulması ilə müşayiət olunur: "Risk var ki, dövlət yenə də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları üzrə kompensasiya ödəməli olacaq".

 




  Yayım tarixi :18 Dekabr 2018   11:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .