XƏBƏR
11:55

  BMAM sədri Rufiz Qonaqov Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turqanerlə görüşüb

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov  Şimali Kipr Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turqanerlə görüşüb. Görüşdə Rufiz Qonaqov bildirib ki, ölkəmizin Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətləri hər zaman sıx əməkdaşlıq çərçivəsində olmuş və bu yolda mühüm addımlar atılmışdır. Belə ki, təhsildə də azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərinə üz tutması, təhsillərini başa vurduqdan sonra ölkəmizdə hər iki ölkənin mədəniyyətlərini təmsil etmələri bu dostluq və əməkdaşlığın bariz göstəricisidir. Azərbaycan cəmiyyəti də Şimali Kipr Türk Cümhuriyyətini hər zaman dəstəkləyib. Görüşdə Ufuk Turqaner bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyi əməkdaşlığı daha da genişləndirmək üçün istər universitetlər, istərsə də QHT-lərlə görüşlər təşkil edir, mədəniyyət günləri keçirir və gələcəkdə hər iki dövlətin mədəniyyət, təhsil sferasında daha da yaxınlaşacağına ümid edir. Rufiz Qonaqov bildirib ki, Ufuk Turqanerin Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinə olan diqqəti olduqca təqdirəlayiqdir və ümid edirik ki, əməkdaşlığımız daha da genişlənəcək və hər iki ölkəyə öz töhfəsini verəcəkdir.

 

BMAM Mətbuat Xidməti

 




  Yayım tarixi :17 Dekabr 2018   11:55

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .