XƏBƏR
21:44

  Rufiz Qonaqov: 2018-ci il Azərbaycan-Rusiya əlaqələrində ciddi dönüş ili kimi yadda qaldı

Gündəm

Xəbər lenti

2018-ci il Azərbaycan-Rusiya əlaqələrində ciddi dönüş ili kimi yadda qaldı. Bu dövr ərzində hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri oldu. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da ölkəmizə səfəri zamanı xatırlatdı ki, bu il hər iki ölkə arasında siyasi, iqtisadi, sosial və digər sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etdirilib. Bundan başqa, hərtərəfli ticarət əlaqələrinin gücləndirilməsində önəmli nailiyyətlər əldə olunub.

Agyol.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi ekspert Rufiz Qonaqov bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan və Rusiya hər sahədə fəal şəkildə əməkdaşlıq edir, Qafqazda, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsinə, digər qlobal məsələlərin həllinə birgə töhfələr veriblər. Sergey Lavrov səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü əsnasında ölkələrimiz arasındakı əməkdaşlığı strateji olaraq qiymətləndirib və Azərbaycanla Rusiyanın ikitərəfli əlaqələrinin tükənməz potensialından çox istifadə edilməli olduğunu vurğulayıb.

Siyasi ekspert Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olaraq yeni mərhələdə və daha aktiv şəkildə fəaliyyət göstərəcəyi ilə bağlı fikrini də xatırladıb.

BMAM sədri əlavə edib ki, Azərbaycan və Rusiya beynəlxalq arenada da əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Rəsmi Bakı və Moskva arasında inkişaf edən əməkdaşlıqdan fərqli olaraq Rusiya-Ermənistan münasibətlərində soyuqlaşma müşahidə olunur.

 




  Yayım tarixi :15 Dekabr 2018   21:44

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .