XƏBƏR
11:32

  44 ölkədən 250 nümayəndə Bakıda qlobal konfrans üçün toplaşdı

Gündəm

Xəbər lenti

Milli Məclisdə Parlamentlərarası İttifaqın Gənc Parlament üzvlərinin 5-ci Qlobal konfransı işini davam etdirir.

 

Agyol.az-ın məlumatına görə, 44 ölkədən 250-yə yaxın nümayəndənin iştirak etdiyi konfransda dayanıqlılığın təşviqi, gələcək nəsillərin maraqlarının müdafiəsi məsələləri müzakirə olunur.

 

Konfransın ikinci günündə Azərbaycan tərəfdən "Azərkosmos" ASC-nin sədr müavini Rövşən Rüstəmov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və digərləri çıxış edəcəklər.

Dekabrın 14-də başlayan konfrans öz işini bu gün yekun sənədlə başa vuracaq.

 




  Yayım tarixi :15 Dekabr 2018   11:32

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .