XƏBƏR
11:30

  Türkmənistanda ilk Xəzər iqtisadi forumu keçiriləcək – VAXTI açıqlandı

Gündəm

Xəbər lenti

Türkmənistan 2019-cu ildə məhz Xəzər dənizinin ətraf mühitinin mühafizəsi günü – avqustun 12-də Avaza sahil kurortunda ilk Xəzər iqtisadi forumunu keçirməyi planlaşdırır.

Agyol.az xəbər verir ki, bu barədə Türkmənistan hökumətinə istinadən məlumat verir.

Forumun keçirilməsi haqqında qərar Türkmənistanın təşəbbüsü ilə bu il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində V Xəzəryanı ölkələrin dövlət başçılarının sammitində qəbul edilib.

Xəzər forumunun keçirilməsinə hazırlıq məsələsi ötən gün Türkmənistan Nazirlər Kabinetinin iclasında müzakirə olunub.

 

 




  Yayım tarixi :15 Dekabr 2018   11:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .