XƏBƏR
17:08

  Nazir hərbi obyektin açılışını etdi

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Dekabrın 14-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti nazirliyin baş idarələrindən birinin istifadəyə verilən komanda idarəetmə məntəqəsinin açılışında iştirak ediblər.


Agyol.az xəbər verir ki, Müdafiə nazirinə hərbi obyektin təyinatı və fəaliyyəti barədə məlumat verilərək bildirilib ki, komanda məntəqəsi tabelikdə olan bölmələrin operativ idarə olunması və qərarların qəbul edilməsi üçün yuxarı komandanlığa məruzələrin hazırlanmasını həyata keçirir.
İdarəetmə məntəqəsinin bütün xidməti və inzibati otaqları yeni texniki avadanlıqla təchiz edilib, mebel və kommunikasiya xətləri ilə təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, ağac və gül kolları əkilib, asfalt örtüyü salınıb, habelə binaya mərkəzləşdirilmiş istilik sistemi, elektrik, su və qaz xətti çəkilib.
Müdafiə naziri bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin daim diqqət mərkəzində saxlanılmasını bir daha xatırladaraq məntəqənin imkanlarının genişləndirilməsi ilə əlaqədar müvafiq göstərişlər verib.




  Yayım tarixi :14 Dekabr 2018   17:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .