XƏBƏR
14:04

  Mövlud Çavuşoğlu: Azərbaycanın QDİƏT-ə sədrliyi müddətində bir sıra problemləri həll etmək mümkün oldu

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrliyi müddətində səyləri nəticəsində bir sıra problemləri həll etmək mümkün oldu.

Agyol.az-ın məlumatına görə, bunu QDİƏT Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O əlavə edib ki, təşkilat 25 ildir ki, fəaliyyət göstərir və islahatlara ehtiyac duyur:

“Biz bu təşkilata böyük əhəmiyyət veririk. Bu gün biz gələcək fəaliyyətimizin əsas məsələlərini müzakirə etdik. Biz bu təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün əlimizdən gələni edəcəyik”.

M.Çavuşoğlu Azərbaycanı təşkilatda uğurlu sədrliyi münasibətilə təbrik edib.

 




  Yayım tarixi :14 Dekabr 2018   14:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .