XƏBƏR
11:31

  Türkiyə ordusunda daha 219 hərbçi FETO-çu çıxdı

Gündəm

Xəbər lenti
Türkiyə Silahlı Qüvvəli daxilində FETÖ/PYD silahlı terror qruplaşmasına üzv olduğu iddia edilən 219 hərbçi haqqında həbs qətimkan tədbiri seçilib. 

Agyol.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş prokurorluğu tərəfindən aparılan araşdırmaya əsasən gecə saatlarından başlayaraq hərbçilərin həbsi ilə bağlı əməliyyat başladılıb. Əməliyyatlar çərçivəsində haqqında həbs qərarı çıxanların 89-u Quru Qoşunları, 31-i Hava Qüvvələri, 85-i Dəniz Qüvvələri, 11-i Jandarma və 3-ü Sahil Təhlükəsizliyi Xidmətinə bağlı hərbçilərin olduğu təsdiqlənib.
Bildirilir ki, onlardan 4-ü polkovnik, 5-i podpolkovnik, 10-u mayor, 14-i kapitan, 51-i baş leytenant, 1-i leytenant, 115-i ehtiyat olan zabit, 19-u isə mütəxəssis çavuşdur. 




  Yayım tarixi :14 Dekabr 2018   11:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .