XƏBƏR
10:49

  Lavrov və Çavuşoğlu arasında Bakıda görüş keçirilir

Gündəm

Xəbər lenti

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında görüş keçirilir. Agyol.az xəbər verir ki, görüş Azərbaycanın sədrliyi ilə Bakıda keçirilən Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində baş tutur.

Nazirlər danışıqları bağlı qapı arxasında davam etməyə qərar veriblər.

Qeyd edək ki, bu gün Azərbaycanın sədrliyi çərçivəsində Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.

İclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

 




  Yayım tarixi :14 Dekabr 2018   10:49

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .