XƏBƏR
10:37

  Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub

Gündəm

Xəbər lenti

Kaspi Liseyinin Ağ Şəhər filialında cüdo zalının açılışı olub.


Agyol.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası xəbər verir ki, zal qurumun ölkəmizdə idmanın bu növünün kütləviliyinin artırılması istiqamətində reallaşdırdığı tədbirlər çərçivəsində istifadəyə verilib.

Federasiyanın nümayəndələri liseyin şagirdləri ilə görüşdə idmana göstərilən dövlət qayğısından, ölkəmizdə digər idman növləri kimi cüdonun da inkişafından, atletlərimizin qazandıqları nailiyyətlərdən danışıblar.

Liseyin rəhbərliyi bu təhsil müəssisəsində cüdo zalının fəaliyyətə başlamasına görə Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib.

Sonda məktəblilərə kimonolar təqdim olunub.

 




  Yayım tarixi :14 Dekabr 2018   10:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .