XƏBƏR
10:22

  Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı növbəti danışıqların vaxtı açıqlandı

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Gələn həftə Cenevrədə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə danışıqlar aparılacaq.

Agyol.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.

Nazir müavini qeyd edib ki, hazırda bu istiqamətdə iş gedir, danışıqlar davam etdirilir:

"Gələn həftə İsveçrənin Cenevrə şəhərində növbəti danışıqlar keçiriləcək. Həmçinin təşkilatın özündə islahatlar aparılacaq".

 




  Yayım tarixi :14 Dekabr 2018   10:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .