XƏBƏR
17:04

  Prezident İlham Əliyev paytaxtın Bakıxanov qəsəbəsində Gənclər Mərkəzinin açılışında iştirak edib

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yeni inşa edilmiş Gənclər Mərkəzinin açılışında iştirak edib.

Agyol.az xəbər verir ki, Gənclər Mərkəzi yenidən qurulan istirahət parkında yerləşir. Ərazisi 2,3 hektar olan parkda yenidənqurma işlərinə 2014-cü ilin sonunda başlanılıb. Parkda yenidənqurma işləri çərçivəsində inşa olunan üçmərtəbəli Gənclər Mərkəzinin qarşısında ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılıb.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi və burada yaradılan şəraitlə tanış oldu.

 




  Yayım tarixi :13 Dekabr 2018   17:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .