XƏBƏR
16:05

  Azərbaycan və Avropa İttifaqı viza liberallaşması üzrə dialoq istiqamətində addım atıblar

Gündəm

Xəbər lenti

Azərbaycan və Avropa İttifaqı (Aİ) viza liberallaşması üzrə dialoq istiqamətində addım atıb.

Agyol.az-ın məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Aİ rəsmisi bildirib ki, viza və readmissiya komitələrinin iki iclası keçirilib:

“Bu iclaslar müntəzəm olaraq ildə bir dəfə keçirilir. Bu il iclas sentyabrda baş tutub. Fikrimcə, danışıqlarda irəliləyiş qeydə alınıb və biz viza liberallaşması üzrə dialoq istiqamətində addım atmışıq”.

K.Yankauskas qeyd edib ki, viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlər tam tətbiq olunmalıdır:

“Bunlar tam tətbiq olunduqdan sonra viza liberallaşması üzrə dialoqa başlamaq olar”.

 




  Yayım tarixi :13 Dekabr 2018   16:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .