XƏBƏR
11:22

  Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 14-dən 24-dək Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək.

Agyol.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, sərginin açılış mərasimi 14 dekabr tarixində saat 18:30-da olacaqdır.

Milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən biri olan dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində alıb. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olaraq, 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirib.

1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə öz əsərlərini nümayiş etdirmiş Tahir Salahov dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgilərini keçirib.

2008-ci ildə rəssamın 80 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunub.

Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən 2012-ci ildə İçərişəhərdə Tahir Salahovun Ev-muzeyi fəaliyyətə başlayıb.

Tahir Salahovun yaradıcılığı Azərbaycan dövləti və xalqı, dünyanın nüfuzlu beynəlxalq sənət ocaqları tərəfindən daim yüksək qiymətləndirilir.

 




  Yayım tarixi :13 Dekabr 2018   11:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .