XƏBƏR
11:16

  Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyi qeyd ediləcək

Gündəm

Xəbər lenti

Sloveniyada Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək.

Agyol.az-ın məlumatına görə, Nova Qoritsa şəhərində keçiriləcək tədbirlərdə Azərbaycan xalqının qəhrəman oğlu Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti barədə məlumat veriləcək, onun İkinci Dünya müharibəsi dövründə faşizmə qarşı apardığı mübarizədə nümayiş etdirdiyi hərbi şücaətləri barədə xatirələr səsləndiriləcək.

Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Rauf Əliyev dekabrın 12-dən 14-ə qədər Sloveniyada səfərdə olacaq.

 




  Yayım tarixi :13 Dekabr 2018   11:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .