XƏBƏR
10:22

  Ağır atletimiz gümüş medal qazandı

Gündəm

Xəbər lenti

Misirin paytaxtı Qahirədə keçirilən İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı başa çatıb.

Agyol.az-ın məlumatına görə, Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edib.

96 kq çəki dərəcəsində körpücük üzərinə iki atletimiz çxıb. Nailxan Nəbiyev toplam 333 kq (146+187) nəticə ilə 6-cı, Kamran İsmayılov isə 325 kq (145+180) nəticə ilə 8-ci yeri tutub.

102 kq çəki dərəcəsində isə ölkəmizi Əliş Nəzərov təmsil edib. O, fəxri kürsüyə qalxmağı bacarıb. Nəzərov 309 kq (142+167) nəticə ilə gümüş medala sahib çıxıb.

 




  Yayım tarixi :13 Dekabr 2018   10:22

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .