XƏBƏR
11:02

  İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət edib

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

Agyol.az xəbər verir ki, Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

 

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

 

Azərbaycanın dövlət himni səsləndirib.

 

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.

 

Qeyd edək ki, bu gün Heydər Əliyevin vəfatından 15 il keçir.

 




  Yayım tarixi :12 Dekabr 2018   11:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .