XƏBƏR
22:01

  Prezident Administrasiyası: Ümummilli lider Heydər Əliyevin xatirəsi Türkiyədə daim yaşayacaq

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Azərbaycanın ümummilli lideri, mərhum Prezident Heydər Əliyevin xatirəsi Türkiyədə daim yaşayacaq.

Agyol.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin banisi olmaqla yanaşı, Türk dünyasının sevilən liderlərindən biri olub:

"Türkiyə-Azərbaycan münasibətlərinin bir millət - iki dövlət prinsipi ilə inkişafında və təşəkkülündə Heydər Əliyevin rolu əvəzsizdir".

Prezident Administrasiyasından deyilib ki, ümummilli lider Heydər Əliyev Türkiyə və Azərbaycan arasında əlaqələri möhkəmləndirməklə yanaşı, önəmli enerji layihələrinin də əsasını qoyub:

"Bu gün Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da güclənməsi siyasəti ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksələn xətt üzrə inkişaf etdirilir".

 




  Yayım tarixi :11 Dekabr 2018   22:01

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .