XƏBƏR
11:24

  Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırılıb (FOTO)

Gündəm

Xəbər lenti

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.

Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.

 




  Yayım tarixi :11 Dekabr 2018   11:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .