XƏBƏR
10:52

  Prezident İlham Əliyev İranın Sərhəd Qoşunları komandanını qəbul edib

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Agyol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunları komandanı Qasım Rzayinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən sərhədlərin mühafizəsi ilə bağlı əməkdaşlıq sahəsində uğurla inkişaf etdiyini bildirdi. Prezident İlham Əliyev iki ölkə vətəndaşlarının, iş adamlarının gediş-gəlişinin, yükdaşımalarının həyata keçirildiyini vurğulayaraq, İran-Azərbaycan sərhədini dostluq sərhədi kimi dəyərləndirdi. Ölkələrimizin sərhəd xidməti rəhbərlərinin görüşünün önəmini qeyd edən dövlətimizin başçısı İran-Azərbaycan əlaqələrinin inkişafında Sərhəd Qoşunları xidmətlərinin əməkdaşlığının mühüm yer tutduğunu dedi. Prezident İlham Əliyev İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinın ölkəmizə səfərinin əməkdaşlığımızın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayi ölkəmizlə bağlı xoş hisslərini ifadə edərək, Prezident İlham Əliyevə yorulmaz fəaliyyətində uğurlar arzuladı. O, Azərbaycan Respublikasının Prezidenti ilə yenidən görüşməkdən, dövlətimizin başçısının iki ölkə arasında əlaqələrin inkişafı ilə bağlı tövsiyələrini və dərin mənalı fikirlərini eşitməkdən məmnunluq hissi keçirdiyini dedi və Bakıya səfərlərinin onlarda xoş xatirələr doğurduğunu bildirdi.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 




  Yayım tarixi :11 Dekabr 2018   10:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .