XƏBƏR
10:15

  Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Baş nazir iki yerin adını ofşor siyahısından çıxardı

 

Azərbaycan Nazirlər Kabineti “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”nın təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

 

Agyol.az-ın məlumatına görə, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

 

Qərarla Nauru və ABŞ Virgin adalarının adları “Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin səhmdarı ola bilməyən şəxslərin qeydiyyata alındığı ofşor zonaların Siyahısı”ndan çıxarılıb.

 

Hazırda həmin siyahı belədir:

 

1. Anqila.

2. Antiqua və Barbuda.

3. Aruba.

4. Baham adaları.

5. Beliz.

6. Kuk adaları.

7. Qrenada.

8. Maldiv adaları.

9. Antill (Niderland).

10. Panama.

11. Samoa.

12. Sent-Kits və Nevis.

13. Seyşel.

14. Turk və Kaykos.

15. Vanuatu.

 

 

 




  Yayım tarixi :08 Dekabr 2018   10:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .