XƏBƏR
10:06

  Bu gün paytaxtda hava yağmurlu, rayonlarda isə qar ehtimalı var

Gündəm

Xəbər lenti
18 Iyun 13:01Platini həbs olundu

Şənbə günü üçün bəzi yerlərdə arabir yağış yağacağı, şimal küləyi əsəcəyi proqnozlaşdırılır. Agyol.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Hazırda Paytaxtın bəzi yerlərində yağış müşahidə edilir.

Azərbaycanın rayonlarında isə bu gün bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.




  Yayım tarixi :08 Dekabr 2018   10:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .