XƏBƏR
11:46

  Corc Buş dəfn olundu - FOTO

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

ABŞ-ın 41-ci prezidenti, noyabrın 30-da 92 yaşında vəfat etmiş ata Corc Buş dünən axşam Texas ştatında dəfn olunub.

Agyol.az, bildirir ki, Buşlar ailəsinin rəsmi nümayəndəsi Cim MakQrat Twitter-dəki profilində yazıb: "Birləşmiş Ştatların sabiq prezidenti Corc Herbert Uoker Buş bu gün Buş kitabxanasının ərazisində əbədi rahatlıq məkanı əldə etdi".

Ata Corc Buş Texas Kənd Təsərrüfatı və Maşınqayırma Universitetinin nəzdində yaradılmış, onun adını daşıyan Prezident Kitabxanasının ərazisində, Kollec Steyşn şəhərində hərbi mərasimlə dəfn olunub.

Qapalı mərasimdə mərhumun ailə üzvləri, keşişlər, fəxri qarovul tağımı və hərbi orkestr iştirak edib.


Ata Corc Buş xanımının, bu ilin aprelində 90 yaşında vəfat etmiş Barbara Buşun və qızı Robinin yanında torpağa verilib. Robin Buş 1953-cü ildə leykemiyadan vəfat edib.

Corc Buşun nəşi Hyuston şəhərindən Kollec Steyşə xüsusi qatarla çatdırılıb.




  Yayım tarixi :07 Dekabr 2018   11:46

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .