XƏBƏR
16:59

  Cavanlığı və sağlamlığı qoruyan təbii qarışıq

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
Müxtəlif qədim Şərq mənbələrində bu qarışıq cavanlığı və sağlamlığı qoruyan, insana güc bəxş edən, insanı daha gümrah edən vasitə kimi qeyd olunur.

Agyol.az, xəbər verir ki, bu qarışığı hazırlamaq üçün 100 ml təzə sıxılmış limon şirəsi, 200 qr duru bal, 50 qr keyfiyyətli zeytun yağı götürülür və yaxşı qarışdırılır. Hər gün acqarına yeməkdən 30 dəqiqə əvvəl 1 çay qaşığı qarışıq qəbul edin.
Qarışığı soyuducuda saxlayın və qəbul etdikdən əvvəl yaxşı qarışdırın.

Bu təbii vasitə immunitet və mədə-bağırsaq sistemlərinin fəaliyyətini, üz dərisinin və saçların vəziyyətini yaxşılaşdırır, damarları, qara ciyəri təmizləyir, orqanizmi cavanlaşdırır.

Qarışığı qurtarana qədər qəbul edin.

Qarışığı istifadə etməzdən öncə həkimlə məsləhətləşməyiniz tövsiyyə olunur.




  Yayım tarixi :05 Dekabr 2018   16:59

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .