Azərbaycanın
dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan, dövlət idarəçiliyində
iştirak edən məmurlarla yanaşı, akademik strukturlarda təmsil olunan
akademiklərin, alimlərin, institutların elmi işçilərin üzərinə düşür.
Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov Azərbaycanda ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin
avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının
(verilişlərinin) monitorinqlərinin nəticələrinə həsr olunmuş konfransda deyib.
Ə.Həsənov bildirib ki,
əlbəttə, Azərbaycan dili bütün təhsil müəssisələrində, eləcə də kütləvi
informasiya vasitələrində qorunmalıdır.
Prezidentin köməkçisi
qeyd edib ki, hər bir məmurun xarici dili yüksək səviyyədə bilməsi onun
üstünlüyüdür, amma dövlət dilini bilməməsi və o dildə danışmaması onun
qəbahətidir:
"Məmur xarici
dili bilmirsə, əlbəttə, bu onun çatışmazlığıdır. Xarici dili bilmək məmura
əlavə üstünlük verir, amma bilməməsi qəbahət sayılmır, qəbahət dövlət dilini
bilməməkdir. Bu, ziyalılara, jurnalistlərə də aiddir”.