Surqut şəhərinin aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq
Rusiyanın
Xantı-Mansiysk muxtar dairəsinin ən böyük beynəlxalq hava limanı - Surqut
aeroportu əfsanəvi azərbaycanlı geoloq Fərman Salmanovun adını daşıyacaq.
Bu, “Rusiyanın dahi
adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin
adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum
olub.
Beş
milyona yaxın rusiyalının iştirak etdiyi səsvermənin nəticələri dekabrın 4-də
elan olunub. Xantı-Mansiysk muxtar dairəsinin iki aeroportu – Nijnivartovsk və
Surqut hava limanları həmyerlimizin adını daşımaq uğrunda mübarizə aparırdı.
Səsvermənin nəticələrinə görə, ən çox səsi Surqut aeroportu toplayıb.
  Yayım tarixi :05 Dekabr 2018   10:22
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=33610