XƏBƏR
12:25

  Məktəblərdə vahid geyim formaları tətbiq ediləcək

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Ümumi təhsil müəssisəsində təhsil alanlar üçün Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq edilir.

Bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsində qeyd edilib.

Belə ki, qanun layihəsinin 12-ci maddəsində (Ümumi təhsil müəssisəsi) qeyd edilib ki, ümumi təhsil müəssisələrində təhsilalma əyani formada həyata keçirilir.

Sənəddə göstərilib ki, Azərbaycan Respublikasında ibtidai təhsil altı yaşdan başlanır. Valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər.

Qanun layihəsində bildirilib ki, Azərbaycan Respublikasında formal ümumi təhsil forması tətbiq olunur.




  Yayım tarixi :04 Dekabr 2018   12:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .