XƏBƏR
12:18

  “Qızıl top”un sahibi məlum oldu

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Parisdə “Qızıl top” mükafatının təqdim edilməsi mərasimi keçirilib.

Agyol.az, xəbər verir ki, gözlənildiyi kimi “İlin ən yaxşı futbolçusu” adına “Real”ın xorvatiyalı legioneri Luka Modriç layiq görülüb.

Modriç mükafata əsas namizədlər olan Kriştianu RonalduAntuan Qrizmann və Kilian Mbappeni geridə qoyub.

Qeyd edək ki, Luka Modriç bu il FIFA-nın “Dünyanın ən yaxşı oyunçusu” titulunu qazanıb.

Xatırladaq ki, “Qızıl Top” “France Football” həftəlik dərgisinin baş redaktoru olan Qabriel Anonun təşkil etdiyi illik mükafatdır. Mükafat 1956-cı ildən futbol yazarlarının fikrinə əsasən ən yaxşı oyunçuya təqdim olunur. Mükafatın ilk qalibi 1956-cı ildə ingiltərəli hücumçu Stenli Metyuzolub.




  Yayım tarixi :04 Dekabr 2018   12:18

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .