XƏBƏR
22:25

  Buzovna-Mərdəkan-Qala avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayrılıb

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Prezident İlham Əliyev Xəzər rayonunun Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, əlli beş min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Buzovna–Mərdəkan–Qala avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 




  Yayım tarixi :03 Dekabr 2018   22:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .