Agyol.az xəbər verir ki, Azərbaycan
Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar
üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul
edib.
Dövlətimizin başçısı
CISCO şirkətinin uzun illər Azərbaycan hökuməti ilə uğurlu əməkdaşlıq həyata
keçirməsindən məmnunluğunu bildirdi. Prezident İlham Əliyev CISCO şirkətinin
Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən nəqliyyat sahəsində həyata
keçirdiyi layihələrə toxunaraq bu sahənin ölkəmizdə prioritet istiqamətlərdən
biri olduğunu vurğuladı. Dövlətimizin başçısı regional əməkdaşlıq üçün yeni
infrastrukturun yaradıldığını nəzərə alaraq digər sahələrdə də əməkdaşlıq üçün
yaxşı imkanların olduğunu dedi.
CISCO şirkətinin
qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrix Azərbaycan Prezidenti ilə
əvvəlki görüşünü məmnunluqla xatırlayaraq şirkətin ölkəmizlə uğurlu əməkdaşlıq
həyata keçirdiyini bildirdi. Ölkəmizə səfərindən xoş hisslər keçirdiyini deyən
qonaq səfərinin məqsədinin əməkdaşlığın perspektivlərini müzakirə etməkdən
ibarət olduğunu dedi və bu əməkdaşlığın “Azərbaycan 2020: Gələcəyə Baxiş”
İnkişaf Konsepsiyasına uyğun şəkildə həyata keçirilməsinin əhəmiyyətini qeyd
etdi.
Görüşdə XXIV “Bakutel”
Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar
sərgisinin əhəmiyyətinə toxunularaq bu tədbirin beynəlxalq əməkdaşlığın
möhkəmləndirlməsi işinə töhfə verdiyi qeyd olundu.