XƏBƏR
10:39

  Bakıda qara-buza qarşı tədbirlər planı hazırlanıb

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib, Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.

Agyol.az-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qurumun balansında olan avtomobil yollarının, körpülərin, yol qurğularının, həmçinin tabelikdə olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin istehsalat bazalarının və idarə binalarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında başa çatdırılması məqsədilə Agentlik tərəfindən 2018-ci il 14 sentyabr tarixli 74 nömrəli əmr imzalanıb.

Həmin əmrlə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq, payız-qış mövsümündə avtomobil yollarının və yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mərkəzi aparatında və respubikanın avtomobil yollarına, həmçinin Bakı şəhər yollarına və yol qurğularına xidmət edən idarə və müəssisələrdə qərargah yaradılıb və sutkalıq növbətçilik təşkil edilib.

Məhdud Məsuliyyətli Cəmiyyətlərin xidmət etdikləri avtomobil yollarının 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və 2018-2019-cu illərin payız-qış mövsümündə Bakı şəhərinin yollarında enişli-yoxuşlu və sərt döngələrə malik 30 marşrut üzrə qardan-buzdan təmizlənməsi üçün tədbirlər planları təsdiq edilib (Böyükşor qovşağından başlayaq bütün şəhər ətrafı qəsəbələr üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şəhər daxili avtomobil yolları üzrə isə Bakı şəhər İcra Hakimiyyəti tərəfindən), Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə fəaliyyət barədə razılıq əldə olunub.

2018-2019-cu ilin qış mövsümündə Bakı şəhərində 257 ədəd maşın-mexanizmlər (21ədəd avtoqreyder, 34 ədəd avtoyükləyici, 131 ədəd yükünü özüboşaldan, 16 ədəd qum səpən, 6 ədəd qar yükləyən, 19 ədəd ekskavator, 22 ədəd yol süpürən 14 ədəd su maşını) qış mövsümündə işləməsi üçün saz vəziyyətə gətirilib, yanacaq-sürtgü materialları ehtiyatı yaradılıb, sürüşməyə qarşı zəncirlər alınıb. Respublikanın avtomobil yollarına xidmət göstərilməsi üçün də 700-ə maşın-mexanizm hazır vəziyyətə gətirilib.

Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri aparılıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün nəzərdə tutulmuş qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb. Təkcə Bakı şəhər yollarında buzla mübarizə məqsədilə 1890 ton duz ehtiyatı yaradılıb, bu işlərə ümumilikdə 1100 nəfər işçi cəlb edilməsi nəzərdə tutulub.

Eyni zamanda qış mövsümündə yollarda işləyən işçilərin isti paltar, ayaqqabı və digər zəruri əşyalarla təmin edilməsi və qızınma məntəqələrinin yaradılması təşkil edilib.

Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpası və körpülər yerləşən ərazidə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsanların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çiyinlərin bərkidilməsi, suötürücü boruların giriş-çıxış hissələrinin və küvetlərin təmizlənməsi işləri aparılıb.

 




  Yayım tarixi :03 Dekabr 2018   10:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .