XƏBƏR
11:00

  Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidentini təbrik edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

Agyol.az, bildirir ki, təbrikdə deyilir:

"Hörmətli xanım Zurabişvili, 

Gürcüstanın Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri birləşdirir. İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".




  Yayım tarixi :30 Noyabr 2018   11:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .