XƏBƏR
15:23

  Avropa Komissiyası və UEFA birgə bəyannamə imzalayıb (FOTO)

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyası və UEFA-nın təşkilatçılığı ilə "İdman qurumlarının Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi imkanları" mövzusunda seminar keçirilib.

AFFA-dan verilən məlumata görə, seminar Avropa Komissiyası, Avropa ölkələrinin hökumət üzvləri, UEFA və UEFA-ya üzv olan 55 milli assosiasiyasının nümayəndələrinin iştirakı ilə Regionlar üzrə Avropa Komisiyasının baş ofisində təşkil olunub. AFFA-nın Marketinq və Sponsorluq şöbəsinin müdiri Tural Piriyev seminarda iştirak edib.

Regionlar üzrə Avropa Komissiyasının prezidenti Karl-Hayns Lamberts açılış nitqi ilə çıxış edərək idmanın, xüsusilə də futbolun Avropada inkişafın, sosial inklüzivlik və həmrəyliyin təbliği üçün çox böyük rolu olduğunu və Avropa İttifaqının idmanın və futbolun inkişafına yaxından dəstək olmasının vacibliyini qeyd edib.

Gün ərzində davam edən seminarda müxtəlif təqdimatlar edilib və qrup müzakirələri keçirilib. Avropa İttifaqının maliyyə alətləri, birbaşa investisiya və dəstək proqramları ətraflı müzakirə olunub, milli assosiasiyalar tərəfindən müxtəlif təkliflər irəli sürülüb.

Seminarın sonunda Regionlar üzrə Avropa Komissiyasının prezidenti K.Lamberts və UEFA-nın birinci vitse-prezidenti Karl-Erik Nilsson tərəfindən Avropa Komisiyası və UEFA-nın Avropada idmana birgə investisiyası ilə bağlı birgə bəyənnaməsi imzalanıb.




  Yayım tarixi :29 Noyabr 2018   15:23

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .