XƏBƏR
12:34

  Millimiz Urmiyada erməniləri məğlub edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Cənubi Azərbaycanın Urmiya şəhərində keçirilən gənc güləşçilər arasında “Martyrs Cup” turnirində sərbəst güləşçilərin mübarizəsi başa çatıb.

Agyol.az, xəbər verir ki, məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında Şahin MuxtarovMahir Məmmədzadə (hər ikisi -57 kq), Əsgər MəmmədəliyevTural Hüseynov (hər ikisi -61 kq), Elmar Kazımov (-65 kq), Əşrəf Aşurov (-70 kq), Davud İbrahimov (-74 kq), Rəşad Yusifli (-79 kq), İslam İlyasov (-86 kq), Asxab Həmzətov (-92 kq), Sənan Əlizadə (-97 kq) və Aydın Əhmədovdan (125 kq) ibarət yığmamız qrupda əvvəlcə Urmiya ilə qarşılaşıb. 

Görüş 5:5 hesabı ilə başa çatıb. Fərdi qarşılaşmaların fərqinə görə yerli komanda qələbə qazanıb. 

Millimiz bu məğlubiyyətin əvəzini İranın digər komandasından çıxıb - 7:3. Qrupdakı son görüşdə Ermənistana 6:4 hesabı ilə qalib gələn pəhləvanlarımız III yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. 

Yığmamız son görüşdə İranın daha bir komandası ilə üz-üzə gəlib. İki güləşçimizin zədələnməsi nəticəyə təsirini göstərib - 4:6. Beləliklə, millimiz Urmiyada IV yeri tutub.




  Yayım tarixi :29 Noyabr 2018   12:34

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .