XƏBƏR
12:30

  Prezident İlham Əliyev Tahir Salahova zəng edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahova telefonla zəng edib. Dövlətimizin başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib, onu 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunması münasibətilə təbrik edib.

Tahir Salahov telefon zənginə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib və onu Azərbaycanın yüksək dövlət mükafatına - 1-ci dərəcəli "Əmək" ordeninə layiq gördüyünə görə dərin minnətdarlığını bildirib.

Dövlətimizin başçısı Tahir Salahova möhkəm cansağlığı və fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.




  Yayım tarixi :29 Noyabr 2018   12:30

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .