XƏBƏR
10:50

  Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı öz etimadnaməsini alyansın Baş katibinə təqdim edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı Qaya Məmmədov NATO-nun mənzil qərargahında öz etimadnaməsini alyansın Baş katibi Yens Stoltenberqə təqdim edib.

Agyol.az xəbər verir ki, nümayəndəlikdən verilən məlumata görə, görüş zamanı nümayəndəliyin başçısı Q.Məmmədov Prezident İlham Əliyevin salamlarını Baş katibə çatdırıb. Görüşdə Azərbaycan və NATO arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndəliyin başçısı Q.Məmmədov Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramında iştirakına böyük əhəmiyyət verdiyini bildirərək, ölkəmizin Əfqanıstanda sülh və sabitliyin bərqərar olunması sahəsində NATO ilə birgə səylərini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

Q.Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə sülh prosesi barədə məlumat verib, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb.

NATO-nun Baş katibi Y.Stoltenberq öz növbəsində salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və Azərbaycan-NATO əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Baş katib Azərbaycanı alyansın etibarlı tərəfdaşı adlandırıb və Azərbaycan tərəfindən NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək əməliyyatına, eləcə də Əfqan ordusu üzrə Etimad Fonduna verilən töhfələrə görə təşəkkürünü bildirib.

 




  Yayım tarixi :29 Noyabr 2018   10:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .