XƏBƏR
16:04

  “Qarabağ" - "Sportinq" oyununa 10 mindən çox bilet satılıb

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Noyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ" - "Sportinq" oyununa 10 mindən artıq bilet satılıb.

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

O bildirib ki, hazırda bilet satışı davam edir: "Oyun üçün 67 mindən artıq bilet çap olunub. Biletlərin qiyməti 2 manatdan 50 manata qədər dəyişir. Artıq rəqib komandanın azarkeşləri 50 bilet alıblar. Qalan biletlər "Qarabağ" azarkeşlərinə satılıb".

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. E qrupunda mübarizə aparan Ağdam təmsilçisi 4 oyundan 3 xalla sonuncu sıradadır.

 




  Yayım tarixi :28 Noyabr 2018   16:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .