XƏBƏR
14:37

  Türkmənistanda Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu layihəsi müzakirə olunur

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı
Türkmənistanın Xəzəryanı “Avaza” kurortunda “Lapis Lazuli” nəqliyyat dəhlizinin üzv ölkələrinin nəqliyyat nazirlərinin konfransı işə başlayıb.

Agyol.az xəbər verir ki, tədbirdə həmçinin beynəlxalq təşkilat və iri xarici şirkətlərin nümayəndələri iştirak edir.
Konfrans çərçivəsində dünya arenasında nəqliyyat-tranzit dəhlizlərinin rolunun müzakirəsi üçün ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Lapis Lazuli” dəhlizi Əfqanıstanın Herat əyalətindəki Turqundi şəhərini Aşqabadla birləşdirəcək. Bu dəhliz daha sonra Türkmənbaşıya, oradan Bakı, Tbilisi və Ankarayadək uzanacaq. Gürcüstanda isə bu dəhlizin daha bir qolu Poti və Batumidən İstanbuladək uzanacaq.




  Yayım tarixi :28 Noyabr 2018   14:37

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .