XƏBƏR
10:17

  Paytaxtın bəzi hissələrində duman müşahidə olunur

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Səhər saatlarında paytaxtın bəzi hissələrində duman hiss olunur.

Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bu gün hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Yarımadada gündüz 14-18, Bakıda isə 13-15 dərəcə isti proqnozlaşdırılıb.

Azərbaycanın rayonlarında da gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

 




  Yayım tarixi :28 Noyabr 2018   10:17

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .