XƏBƏR
22:00

  Prezident İlham Əliyev:Əminəm ki, bu səfər Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin və Çeçenistan ilə əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Agyol.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Azərbaycan və Çeçenistan xalqları arasında tarixən dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı əməkdaşlığın bu gün yeni bir mərhələyə yüksəldiyini dedi. Prezident İlham Əliyev Ramzan Kadırova və bütün dost çeçen xalqına sosial-iqtisadi sahədə əldə edilmiş böyük nailiyyətlər münasibətilə təbriklərini çatdırdı və bütün bu uğurların qazanılmasında Ramzan Kadırovun xüsusi rolunu qeyd etdi. Eyni zamanda dövlətimizin başçısı Rusiya Federasiyası Çeçenistan Respublikasında sabitliyin və əmin-amanlığın bərqərar olunmasının önəmini də vurğuladı. Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirərək, bu işdə iki ölkənin dövlət başçılarının mütəmadi qarşılıqlı səfərlərinin rolunu xüsusi qeyd etdi. Azərbaycanla Rusiya arasında yüksək səviyyədə daimi etimadın və qarşılıqlı fəaliyyətin mövcud olduğunu bildirən Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirilən Regionlararası Forumun əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Şimali Qafqaz respublikaları, o cümlədən Çeçenistan Respublikası ilə əməkdaşlığın iki ölkə arasında əlaqələrin möhkəmlənməsi işinə töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin və Çeçenistan Respublikası ilə əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirdi.

Xoş sözlərə görə minnətdarlığını bildirən Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda böyük inkişafa nail olunduğunu, dini icmalar, o cümlədən müsəlmanlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü qeyd etdi. Xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrin mövcud olduğunu deyən Ramzan Kadırov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Çeçenistan xalqına göstərdiyi köməkliyin hər zaman böyük minnətdarlıq hissi ilə yad edildiyini dedi. O qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xatirəsini Çeçenistan Respublikasında əbədiləşdirmək üçün Ulu Öndərin adını daşıyacaq parkın açılması planlaşdırılır və Prezident İlham Əliyevin bu parkın açılış mərasimində iştirakı Çeçenistan Respublikasında səbirsizliklə gözlənilir.

Dövlətimizin başçısı Çeçenistan Respublikasına səfərə dəvəti minnətdarlıq hissi ilə qəbul etdi. Ulu Öndər Heydər Əliyevin xatirəsinə göstərilən hörmətə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev öz tərəfindən Azərbaycanda Əhməd-Hacı Kadırovun xatirəsinin dərin hörmətlə yad edildiyini bildirdi və ən çətin illərdə Çeçenistam xalqının sınaqdan çıxmasında onun xüsusi rolunu qeyd etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verildi.

 




  Yayım tarixi :27 Noyabr 2018   22:00

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .