XƏBƏR
16:09

  Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Azərbaycan Cənubi Sudana sülhmərmalı göndərir.


Agyol.az-xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.

Layihədə qeyd olunur ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyası tərkibində Cənubi Sudana göndərilir.

Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.

Qeyd edək ki, Cənubi Sudanda hazırda çox dərin siyasi-hərbi böhran yaşanmaqdadır. BMT bu prosesi öz nəzarətinə götürüb. Missiyanın oradakı fəaliyyəti ilə bağlı layihədə dəqiq maddələr verilməyib. Məsələ beynəlxalq çərçivədə araşdırılacağı gözlənilir.

 




  Yayım tarixi :27 Noyabr 2018   16:09

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .