Əlil erməni hərbçi şikayət etdi - təqaüd ala bilmir
İşğal
olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun
bölmələrindən birində xidmət edərkən xəsarət alaraq əlil olan erməni hərbi
qulluqçu Artur Mxitaryan məruz qaldığı qanunsuzluqlar səbəbindən Ermənistan
rəhbərliyinə və hüquq-mühafizə orqanlarına şikayət göndərib.
Agyol.az xəbər verir ki, hərbi həkim komissiyasının qərarı ilə tərxis edilmiş işğalçı ordunun 6-cı
dağ atıcı alayının keçmiş hərbi qulluqçusu A.Mxitaryan xidmət dövründə aldığı
xəsarət nəticəsində əlil olub. Lakin o bu günə qədər məsul şəxslərin laqeydliyi
səbəbindən təqaüd ala bilmir.
Keçmiş hərbi qulluqçu A.Mxitaryan müsbət cavab almayacağı təqdirdə başqa
vasitələrə əl atacağını da bildirib.
  Yayım tarixi :27 Noyabr 2018   14:53
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=33384