XƏBƏR
14:47

  Azərbaycan İƏT-in İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin sessiyasında təmsil olunur

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Noyabrın 26-da Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə daimi Komitəsinin (COMCEC) 34-cü sessiyası başlayıb.

Agyol.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, "Ticarətin asanlaşdırılması: gömrüklərdə risklərin idarə olunması" mövzusunda keçirilən sessiyada Azərbaycanı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.

Qeyd edək ki, 26-27 noyabr tarixlərində əsasən üzv ölkələrin nümayəndələrindən ibarət işçi qruplar texniki məsələləri müzakirə edəcəklər.

28-29 noyabr tarixlərində isə İƏT-nin üzv ölkələrinin nazirlərinin iştirak etdiyi görüşdə gömrüklərdə risklərin idarə olunması sahəsində əldə edilən təcrübələrin bölüşdürülməsi, bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq. Eyni zamanda, görüşdə üzv ölkələr arasında iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin gələcək perspektivləri, cari ilin mayında COMCEC-in Ankarada keçirilən iclasında qəbul edilən gündəlik layihəsindəki məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Sessiya çərçivəsində "Regional inteqrasiya üçün ticarətin asanlaşdırılması potensialından istifadə", "Gömrük sisteminin modernləşdirilməsi sahəsindəki çətinliklər və mümkün həllər", "Ticarətin asanlaşdırılmasında özəl sektorun rolu" və digər mövzularda panel iclaslar keçiriləcək.

Sessiyada Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev məruzə ilə çıxış edəcək.

Sessiya noyabrın 29-da öz işini yekunlaşdıracaq

 




  Yayım tarixi :27 Noyabr 2018   14:47

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .