Ukraynada prezident seçkiləri gələn ilin martında keçiriləcək
Ukrayna Ali Radası ölkədə növbəti
prezident seçkisinin 2019-cu il martın 31-də keçirilməsi barədə qanun
layihəsini qəbul edib. Agyol.az xəbər verir ki, bu
barədə qərar Ali Radanın noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul
olunub. Deputatların 298-i qanun layihəsinin lehinə səs verib.
Qeyd edək
ki, növbəti prezident seçkilərində rekord sayda - 30-dan çox namizədin iştirak
edəcəyi gözlənilir.
  Yayım tarixi :27 Noyabr 2018   12:05
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=33371