Çoxları hesab edir ki, rusiyalı alim professor Xristo
Mermerskinin hazırladığı heyrətamiz resept xərçəng xəstəliyinin müalicəsi üçün
inqilabi dərmandır. O, iddia edir ki, bu resept vasitəsilə bir çox xəstəsini
xərçəngdən sağalda bilib.
Agyol.az xəbər
verir ki, təbii inqrediyentlərdən hazırlanan möcüzəvi reseptin tərkibi bioloji
aktiv maddələr, zülallar, mineral duzlar, vitaminlər və bitki mənşəli yağlarla
zəngindir. Görkəmli professorun sözlərinə görə, resept xərçəng şişlərinin
aradan qaldırılmasında effektiv nəticələr göstərir.
İnqrediyentlər:
400 qr təzə qoz
400 qr cücərmiş buğda (yaşıl rəngi)
1 kq əsl bal
12 diş təzə sarımsaq
15 ədəd təzə limon
Hazırlanması:
400 qram buğdanı şüşə qaba töküb üzərini tam örtənə
qədər su əlavə edin. Bir gecə belə saxladıqdan sonra suyu süzün və onları
yenidən yaxalayın. Buğdaları bir qaba sərib 24 saat ərzində qalmasını gözləyin.
Buğda cücərtiləri uzunluğu 1-2 mm olmalıdır.
5 ədəd limonu, sarımsaq, qoz və buğdanı əzib onları
diqqətlə qarışdırın. Qalan 10 limonun suyunu sıxıb təzə şirə hazırlayıb
reseptlə qarışdırın. Hamar tekstura əldə edənə qədər onları qarışdırmağa davam
edin.
Taxta qaşıqla bir xörək qaşığı bal əlavə edin. Hazır
cövhəri təxminən 3 gün soyuducuda saxlayın. 3 gün sonra isə siz onu istifadə
edə bilərsiniz. Səhər, nahar və şama 30 dəqiqə qalmış bu qarışıqdan bir çay
qaşığı udun. Xərçəng xəstəliyinin müalicəsi üçünsə hər iki saatdan bir 1-2 çay
qaşığı udmaq lazımdır.
Bu heyrətamiz resepti uzun və sağlam həyata zəmanət
verir. O, gənclik təravətini, bədənin enerjisini saxlayır və xərçəngi müalicə
edir!