Ukrayna Prezidenti Petro
Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının 2019-cu il yanvarın 25-dək
ölkədə hərbi vəziyyətin tətbiqi barədə qərarını təsdiq edib.
Agyol.az-ın məlumatına
görə, dövlət başçısının müvafiq fərmanında qeyd olunur ki, Ukrayna Milli
Təhlükəsizlik və Müdafiə Şurasının "Ukraynanın dövlət suverenliyinin və
müstəqilliyinin təmin edilməsi və Ukraynada hərbi vəziyyətin tətbiqi üzrə
təcili təbdirlər haqqında" qərarı 2018-ci il noyabrın 26-dan qüvvəyə
minsin.
Ukrayna Prezidenti
hərbi vəziyyətin tətbiqi ilə bağlı sənədi təsdiq olunması üçün Ali Radaya
göndərib.
Qeyd edək ki, noyabrın
25-də Kerç boğazında Ukrayna və Rusiya gəmilərinin heyətləri arasında insident
yaşanıb.