XƏBƏR
15:45

  Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədrini təbrik edib

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Milorad Dodikə təbrik məktubu göndərib.

Agyol.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Bosniya və Herseqovinanın milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, qarşıdakı fəaliyyətinizdə uğurlar, Bosniya və Herseqovinanın dost xalqına əmin-amanlıq və rifah diləyirəm".

 




  Yayım tarixi :24 Noyabr 2018   15:45

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .