XƏBƏR
11:11

  Bu günün və sabahın HAVASI

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Agyol.az xəbər verir ki, istirahət günləri üçün hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13, dağlıq rayonlarda 0-5 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 8-11, dağlıq rayonlarda 4-7 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-nın bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 24-də gündüz, 25-də əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə isə çatdırırıq ki,hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi 25-də arabir güclənən cənub küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.

 




  Yayım tarixi :24 Noyabr 2018   11:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .