XƏBƏR
14:15

  Azərbaycanda 17 sm qar yağıb

Gündəm

Xəbər lenti
07 Dekabr 15:13 Sabahın HAVAsı

Noyabrın 22-si gündüzdən 23-ü səhərədək müşahidə olunmuş faktiki hava açıqlanıb. 


Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, ölkə ərazisində noyabrın 22-si gündüzdən 23-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, dağlıq ərazilərdə qar yağıb, Naxçıvan MR-nın bəzi yerlərində intensiv olub. 

Düşən yağıntının miqdarı Naxcıvan MR-da 2-61, Kiçik Qafqazda 1, Qazax-Gəncə zonasında 1-2, Böyük Qafqazda 1-11, Mərkəzi-Aran rayonlarında 1-6, Lənkəran-Astara zonasında 1-4, Bakıda və Abşeron yarımadasında 2-11 mm olub. 

Qar örtüyünün hündürlüyü Ağdərədə (Ordubad) 17 sm təşkil edib.

 




  Yayım tarixi :23 Noyabr 2018   14:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2018 - Bütün hüquqlar qorunur .